Prokuror dünya çempionuna cəza istədi

HADİSƏ 15 noy 2021, 15:52
Narkotik alverində təqsirləndirilən dünya və Avropa çempionu Fikrət Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib. 

Prokuror Fikrət Rəhimovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib. 

Növbəti proses noyabrın 18-nə təyin edilib. 

İttihama görə, Fikrət Rəhimov  6.758 qram narkotik maddə olan metamfetamin (patı) ilə saxlanılıb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top