“Rusiya Dağlıq Qarabağı ilhaq etmək üçün çox ciddi işlər görür, ora xarici terroristlər gətirilir” — ŞOK AÇIQLAMA

SOSİAL 13 noy 2021, 16:18
Gorus-Qafan yolunun Qubadlı rayonundan keçən hissəsində Azərbaycanın gömrük-sərhəd postu qurulub. Noyabrın 10-dan etibarən Azərbaycan tərəfi Gorus-Qafan avtomobil yolunda gömrük və sərhəd prosedurları həyata keçirməyə başlayıb, yəni nəzarət-buraxılış məntəqəsi quraşdırıb. 

Suallımızı cavablandıran Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Demokrat.az-a açıqlamasınada bildirib ki, Laçın dəhlizində də gömrük-sərhəd postunun qurulması vacibdir. O, hesab edir ki, beynəlxalq hüquqa görə Azərbaycan dövləti öz ərazisində istənilən addımı ata bilər.  

Partiya sədri bildirib ki, bu, əslində Azərbaycanın suveren hüququdur: “Bəli, Azərbaycan Laçın dəhlizini bağlaya, Xankəndi şəhərindəki separatçılarla bağlı tədbirlər də görə bilər. Hər hansı dövlət bunu bizə qüsur tuta, tənqid hədəfinə gətirə bilməz. Çünki bu, Azərbaycanın suveren hüququdur. Hesab edirəm ki, Gorus-Qafan avtomobil yolunda gömrük və sərhəd prosedurları həyata keçirildiyi kimi, Laçında da gömrük və sərhəd xidməti təşkil edilməlidir. Çünki orada Azərbaycanın icazəsi olmadan Ermənistanla xarici dövlətlər arasında əlaqələr yaradılıb. Hesab edirəm ki, bizim ərazimizdən keçən bütün yüklərdən Azərbaycan qanunlarına əsasən gömrük rüsumu ödənilməli və bütün keçən yüklərə Azərbaycan dövləti nəzarət etməlidir. Xüsusən nəzərə alaq ki, orada separatizm olan bir ocaqla əlaqə yaradılıb və separatizmə dəstək verilir. Bütün bunların qarşısı dərhal alınmalı və orada sərhəd xidməti yaradılmalıdır”.  

S.Cəlaloğlu hesab edir ki, həmin dəhliz vasitəsilə Azərbaycana təhlükə yaradan malların daxil olması da dərhal dayandırılmalıdır:

“Orada separatizmlər silahlandırılır, xarici terroristlər ora gətirilir. İmzalanmış bəyanata zidd işlər görülür və Dağlıq Qarabağda əhalinin sayı qəsdən artırılır. Görünən odur ki, Rusiya Dağlıq Qarabağda rus icması yaradır. Bütün bunların hamısı onu göstərir ki, Rusiya oranı ilhaq eləmək üçün çox ciddi şəkildə işlər görür”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top