"Müəllimlər və şagirdlər risk altına girib" — ŞOK AÇIQLAMA

GÜNDƏM 13 noy 2021, 12:08
Əyani tədrisin bərpasından sonra Bakı məktəblərində koronavirusa (COVİD-19) yoluxma halları yenidən müşahidə edilməyə başlayıb. Maraqlısı odur ki, bəzi məktəblərdə yoluxma sayı qəsdən gizlədilir. Məktəb direktorları çox zaman yoluxma sayını gizli saxlayır və tədrisin davam etdirilməsində maraqlı olurlar. 

Məsələ ilə bağlı təhsil eksperti Ramal Şəmsədli Demokrat.az-a açıqlamasında faktı təsdiləyib. Ekspert qeyd edib ki, məktəb direktorlarının bu vicdansız əməlləri sonda daha böyük fəsadlara yol aça bilər: “Düzdür, hər birimiz təhsilin əyani formada olmasını dəstəkləyirik. Bunun üçün də məktəblərdə müəyyən qaydalara əməl edilməklə, açılmasına icazə verildi. Lakin məsuliyyətsiz məktəb direktorları bir müddət bu qaydalara riayət etsələr də, çox təəssüflər olsun ki, bir müddətdən sonra bu məsələyə məsuliyyətsiz nümayiş sərgilədilər. Nəticə etibarı ilə də uşaqlar, məktəb müəllimləri və ailələr artıq risk altına girib”. 

No description available.

Təhsil eksperti vurğulayıb ki, yoluxan uşaq və müəllimi gizlətmək bu həmin məktəbdə təhsil alan şagirdlərə qarşı böyük cinayətdir: “Bu gün dünya bu virusla ciddi mübarizə aparır. Lakin bu xəstəliyin nə qədər ciddi olduğunu hələ də bizim bəzi ciddiyyətsiz məktəb direktorlarımız anlamır. Uşaqlar bizim gələcəyimizdir və onların sağlıqlı olması, təhsilinə davam etmələri bizlər üçün çox önəmlidir. Əgər məktəb direktoru və müəllimlər onlayn təhsili tədris edə bilmirsə və ya distant təhsili özlərinə yük kimi görürsə, o zaman zəhmət çəksinlər hər bir uşağı, müəllimi düzgün qaydada yoxlasınlar. Artıq bir neçə məktəbdə demək olar ki, artıq nəzarət belə yoxdur. Görəsən, bu məktəb direktorlarının başını nə qatır? Düzdür, virusa yoluxmaq ayıb bir şey deyil. Ancaq valideynlər və müəllimlər belə bir hal olarsa, dərhal məktəbə bildirməlidir. Hər bir uşaq zəhmətlə böyüyür və onlar bizim gələcəyimizdir. Ona görə də heç birimiz bu məsuliyyətsizliyə biganə qalmamalıyıq!”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:46
Top