Gəncədə fəhlənin qolunu daş mişarı kəsdi

HADİSƏ 12 noy 2021, 08:56
Gəncədə bədbəxt hadisə baş verib.

Demokrat.az xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində yerləşən daş karxanasında qeydə alınıb.

Karxanada usta işləyən 1975-ci il təvəllüdlü Bayramov Elsəvər Şubayın oğlunun qolunu ehtiyatsızlıqdan daşdoğrayan mişar kəsib.

46 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Həkimlər onun sağ qolunu amputasiya ediblər. Pasientin vəziyyətinin kafi olduğu bildirilir. Hadisəni səbəbləri araşdırılır.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top