Ceyhun Bayramov: “3+3 formatı faydalı əməkdaşlıq mexanizmi ola bilər”

XARİCİ SİYASƏT 11 noy 2021, 12:08
"Tarixi Şuşa Bəyannaməsinin imzalanması ilə qarşılıqlı münasibətləri strateji müttəfiqlik üst səviyyəsinə ucalan Azərbaycan və Türkiyənin nümunəvi əməkdaşlığı, iki ölkənin bölgədə həyata keçirilən geniş miqyaslı təşəbbüslərdə iştirakı, habelə hazırda aparılan quruculuq işlərində birgə layihələrin həyata keçirilməsi, eyni zamanda geniş regional əməkdaşlığı təşviq edir".

Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının səkkizinci iclasında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bu xüsusda, münaqişə sonrası regional əməkdaşlığı nəzərdə tutan və bölgənin bütün böyük dövlətləri tərəfindən dəstəklənən 3+3 formatı fikrimizcə, ölkələr üçün faydalı əməkdaşlıq mexanizmi ola bilər.

O qeyd edib ki, Azərbaycan sülhün tərəfdarıdır və nəinki öz regionunda, həmçinin dünyanın bütün bölgələrində dayanıqlı sülhün və sabitliyin təmin olunmasını dəstəkləyir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top