5 yaşlı oğlu ilə yoxa çıxan qadının əri danışdı

SOSİAL 11 noy 2021, 00:10
Tacirə Aslanova mənim həyat yoldaşımdır, Nihat Quliyev də oğlumdur. Oktyabrın 30-u günü mən işə getmişəm, anam yas yerinə gedib, atam isə xəstə olduğu üçün evdə yatılı olub. Gəldim gördüm yoxdur. O, gündən bir xəbər ala bilmirik.
 
Bunu Tovuz rayonun Aşağı Quşçu kəndində beş yaşlı oğlu ilə yoxa çıxan Tacirə Aslanovanın həyat yoldaşı Elçin Quliyev hadisə ilə bağlı Publika.az-a açıqlamasında deyib.
 
"Atasına xəbər etdim dedilər kənddə olar. Sonra məlum oldu ki, kənddə yoxdur. Qızımı evdə qoyub, oğlumun və özünün sənədlərini götürüb gedib. Bir dəfə də belə bir hadisə olub təxminən 1 ay öncə"- deyə E.Quliyev bildirib.
 
Qeyd edək ki, Tacirə Aslanovanın itkin düşməsi ilə bağlı Tovuz rayon Polis Şöbəsinə məlumat verilib və hüquq mühafizə orqanı əməkdaşları ana və uşağın axtarışına başlayıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top