Ceyhun Bayramovdan Dövlət Bayrağı Günü ilə bağlı TƏBRİK

GÜNDƏM 09 noy 2021, 17:23
Xarici işlər naziri Ceyhun Bayramov Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Demokrat.az xəbər verir ki, XİN rəhbəri bu barədə tviter hesabında paylaşım edib. O bildirib ki, bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur:

“Bu əlamətdar gün münasibətilə bütün həmvətənlərimizi təbrik edirik! Üçrəngli bayrağımız həmişə qürurla dalğalansın”.

Nazir daha sonra paylaşımına Xalq şairi Bəxtiyar Vahabzadənin “Bayraq” şeirindən kiçik bir hissə əlavə edib:

“Bayraq mənliyimdir, bayraq kimliyim, 
Bayraq-öz yurduma öz hakimliyim”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top