Teymur Musayev: "COVID-19 üçün ayrılan çarpayıların sayı 10 minə çatıb"

SOSİAL 05 noy 2021, 14:21
"Ölkəmiz lazımi miqdarda vaksin alır".

Demokrat.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev deyib.

Onun sözlərinə görə, yanvarın 18-dən etibarən vaksinasiya davam edir: "Ölkə vətəndaşlarının 60 faizi iki doza peyvəndlənib. Altı ay keçəndən sonra üçüncü dozanı vurdura bilərlər. Bizim statistik göstəricilər şəffafdır. Dünya ölkələrinə vaksinlərin paylanmasi ilə bağlı qlobal siyasət qəbul edilməlidir".

O bildirib ki, Azərbaycanda pandemiya ilə mübarizədə səmərəli işlər görülüb: "COVID-19 üçün ayırılan çarpayılarının sayı 10 minə çatıb. Suni nəfəs aparatlari gətirilib".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top