“Birinci Qarabağ müharibəsi olmayıb” fikrinə Çingiz Abdullayev aydınlıq gətirdi — VİDEO

GÜNDƏM 01 noy 2021, 23:22
Sosial şəbəkələrdə xalq yazıçısı Çingiz Abdullayevin Birinci Qarabağ müharibəsi ilə bağlı açıqlaması birmənalı qarşılanmayıb. Belə ki, Ç.Abdullayevin həmin çıxışında Birinci Qarabağ müharibəsinin olmadığını, bunun yalan olduğunu söylədiyi iddia edilib.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən xalq yazıçısı Çingiz Abdullayev fikirlərinin təhrif olunduğunu bildirib:

"Qoy tənqid eləsinlər. Mən elə deməmişəm. Demişəm ki, ermənilər sovet qoşunlarını pulla alaraq bizim torpaqlarımızı işğal ediblər. Mənim qardaşım da həlak olub. Bir daha deyirəm, 90-cı illərdə biz torpaqlarımızı ona görə itirirdik ki, bu, normal müharibə deyildi. Bizim ordumuz qurulmamışdı. Qonşularımız qarmaqarışıqlıqdan və daxili çəkişmələrdən istifadə edirdilər. Buna görə də mən birinci, ikinci deyilən bölgüyə qarşıyam. O birinci dediyimiz xalqımızın başına gətirilən faciə idi. Keçən ilki isə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığımız müharibə idi. İndi bu dediyim fikirlərdən  istifadə edəcəklər?".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top