Quterreş: “Romanı doğrulmayan ümidlərlə tərk edirəm”

DÜNYA 31 okt 2021, 21:33
BMT-nin Baş Katibi Antoniu Quterriş Romada keçirilən “Böyük İyirmilik” (G20) sammiti ilə bağlı paylaşım edib.

O, şəxsi “Twitter” səhifəsində tədbirlə bağlı ümidlərinin doğrulmadığını yazıb.

“G20-nin qlobal problemlərin həlli axtarışlarını davam etdirəcəyini alqışlasam da, Romanı doğrulmayan ümidlərlə tərk edirəm. Hərçənd, onlar hələ də ölməyib”, - yazaraq Quterriş qeyd edib.

O, iqlim dəyişikliyinə qarşı mübarizə məsələlərinin Qlazqoda işə başlayan BMT İqlim Sammitində öz həllini tapacağını gözlədiyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top