İşsizlikdən Sığorta Fondunun gələn il üçün gəlirləri və xərcləri artırılır

SOSİAL 27 okt 2021, 18:15
İşsizlikdən Sığorta Fondunun 2022-ci il üçün gəlirləri və xərcləri açıqlanıb.

Demokrat.az
xəbər verir ki, bu, “İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, İşsizlikdən Sığorta Fondunun gələn il üzrə büdcəsinin gəlirləri və xərcləri 180 milyon 375 min 536 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, İşsizlikdən Sığorta Fondunun 2021-ci il büdcəsinin gəlirləri 157 769 146,0 manat, xərcləri 157 769 146,0 manat məbləğində olub.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top