Nazir Taekvondo Federasiyasında olub — VİDEO

İDMAN 25 okt 2021, 21:34
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Taekvondo Federasiyasının fəaliyyəti ilə tanış olub.

Taekvondo üzrə milli komanda üzvləri ilə görüşən nazir Fərid Qayıbov onların məşq proseslərini izləyib, Taekvondo Federasiyasında yaradılmış şəraitlə maraqlanıb.

Azərbaycan Taekvondo Federasiyasının icraçı vitse-prezidenti Nağı Səfərov nazirə federasiyanın fəaliyyəti, yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib.

Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.
 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top