İranda koronavirusdan daha 171 nəfər ölüb

REGİON 24 okt 2021, 15:08

İranda ötən sutka ərzində 171 nəfər koronavirusdan (COVID-19) ölüb, 9 174 nəfər yoluxub.

Bunu  İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 125 223 nəfərə,

yoluxanların sayı isə 5 860 844 nəfərə çatıb. Virus daşıyıcılarından 4 294 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 5 416 691 nəfər koronavirusdan sağalıb, 34,7 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 80,4 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 50,8 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29,5 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 59 min təşkil edir.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 dek 2021, 08:30
Top