Saakaşvili üçün ən böyük risk ürək dayanmasıdır — VƏKİL

REGİON 24 okt 2021, 14:16
Eks-prezident Mixail Saakaşvilini türmədə qiyam imitasiyası ilə məhv etməyi planlaşdırırlar.
 
Axar.az xəbər verir ki, bu sözləri “Mtavari arxi” kanalının rəhbəri, Saakaşvilinin vəkili Nika Qvaramiya deyib.
 
“Bizim məlumatımıza görə, Saakaşvilinin köçürüldüyü türmə xəstəxanasında məhv edilməsi üçün türmədə qiyam imitasiyası hazırlanır”, - o iddia edib.
 
Qvaramiya deyib ki, türmə xəstəxanasına artıq bir neçə məhkum gətirilib.
 
Vəkil hakimiyyətdən yaxın saatlarda Saakaşvilinin təhlükəsizliyini təmin etmək üçün addımlar atmağı və onu çoxfunksiyalı xəstəxanaya köçürməyi tələb edib.
 
Qvaramiya onu da deyib ki, 24 gün aclıq məhkumun ürəyinin dayanmasına da səbəb ola bilər:
 
“Saakaşvili üçün ən böyük risk ürək dayanmasıdır. Onun yatdığı xəstəxanada kardioloji xidmət ikinci səviyyədə olmalıdır. Bu isə türmə xəstəxanasında yoxdur”.
 
O, bu məsələ ilə bağlı yardım üçün səhiyyə naziri və ombudsmana da çağırış edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top