“Haber Global”: İki qardaş ölkədən media razılaşması — VİDEO

MEDİA 23 okt 2021, 17:49
Türkiyə-Azərbaycan Ortaq Media Platformasının İstanbulda ilk iclası keçirilib.

“Haber Global” məlumat verir ki, iclasda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin və Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altunun başçılığı ilə altı fərqli komitənin qurulması qərar alınıb. Komitələr iki ölkənin media sahəsində birgə fəaliyyətlər həyata keçirəcək.

“Türkiyə və Azərbaycan üçün marağa səbəb olacaq fəaliyyətlərə imza atacağıq”, - deyə F.Altun bildirib.

H. Hacıyev isə öz növbəsində qeyd edib ki, yaradılan komitələrin fəaliyyəti ilə səmərəlilik daha da artırılacaq.

Qurulan komitələrin hər iki ölkənin ortaq strategiyası baxımından böyük bir addım olduğu ifadə edilib. İctimai diplomatiya, beynəlxalq media, strateji ünsiyyət, təhsil, qanunvericilik və tənzimləmə, rəqəmsallaşma və beynəlmiləlləşmə komitələri əlaqələri gücləndirərək, haqlı mübarizəmizin geniş auditoriyaya səmərəli şəkildə çatdırılmasına töhfə verəcək.



Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top