Azərbaycanda vəzifəli şəxsə cərimə yazıldı

SOSİAL MEDİA 23 okt 2021, 17:10
Azərbaycanda bələdiyyənin vəzifəli şəxsinə cərimə yazılıb. 

Demokrat.az xəbər verir ki, Xocəsən Bələdiyyəsinin sədr müavini Budaqlı Qartal İlqar oğluna yol hərəkəti üzrə müvafiq qaydaların pozulmasına görə cərimə protokolu tərtib edilib. 

Sədr müavini barəsində yazılan protokola Binəqədi Rayon Məhkəməsində baxılır.

O, İnzibati Xətalar Məcəlləsinin 529.3-cu (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə) maddəsinin tələblərini pozmaqda təqsirləndirilir.

Günahı sübuta yetiriləcəyi təqdirdə Q.Budaqlının nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top