Nazir: "Canəli Əkbərovun Azərbaycan mədəniyyətindəki rolu danılmazdır"

İNCƏSƏNƏT 23 okt 2021, 15:26
"Canəli Əkbərovun vəfatı Azərbaycan mədəniyyətinə ağır itkidir. Azərbaycan hökuməti adından xalqımıza və mədəniyyətimizə başsağlığı çatdırırıq".

Demokrat.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, mərhum Xalq artisti Canəli Əkbərov Azərbaycan mədəniyyətində böyük bir miras qoyub: "Canəli Əkbərovun Azərbaycan mədəniyyətindəki rolu danılmazdır. O, Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş sənətkardır. Onun əməyi dövlət tərəfindən də qiymətləndirilib. O, Dövlət Opera və Balet Teatrında, Azərbaycan Dövlət Filarmoniyasında uzun illər fəaliyyət göstərib".

Qeyd edək ki, Xalq artisti oktyabrın 22-də 81 yaşında dünyasını dəyişib. O, bu gün II Fəxri xiyabanda dəfn olunub.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top