36 yaşlı kişi narkotikdən öldü

SOSİAL 19 okt 2021, 20:16
Bərdədə 36 yaşlı kişi narkotikdən ölüb.

“Qafqazinfo”nun məlumatına görə, rayonun Füzuli küçəsində yaşayan 1985-ci il təvəllüdlü Vəliyev Zaur Əliyar oğlu narkotik maddədən istifadə zamanı şoka düşüb.

Kömək göstərilsə də, Z.Vəliyevin vəziyyəti pisləşib. Yaxınları onu xəstəxanaya çatdırsalar da, xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top