"Bu gün Tarif Şurasının “dünya bazarında bahalaşma səbəbilə” tətbiq etdiyi qiymət artımı heç şübhəsiz ki, aztəminatlı ailələrin büdcəsinə təsirsiz ötüşməyəcək. Ölkədə daxili enerji satışı ilə bağlı “gecə-gündüz” tariflərinə keçidlə bağlı aparılan müzakirələrdən görünür kimlərəsə sərf etməyib… Amma bütün bunlara rəğmən bahalaşma ilə paralel olaraq Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam əhalinin, aztəminatlı ailələrinə və xüsusilə də həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edəcək".
Bunu Pravda.az-a açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.
Partiya sədri qeyd edib ki, məlum sərəncam aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsini onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılıb: "Təbii qaz və elektrik enerjisi üzrə tarif tənzimlənməsi ilə paralel olaraq maaşların yüksəldilməsi istiqamətində atılan addımlar tariflərdəki artımları kompensasiya etmək baxımından uğurlu addımdır, dövlət siyasətinin mərkəzində vətəndaşın, onun rifahının durduğunun göstəricisidir. Amma hesab edirəm ki, dövlət aparatı, nazirlər kabineti bazar qiymətlərinə təsir etməməlidir. Bazarda qiymətlərin sağlam rəqabət əsasında dəyişməsi hər kəs üçün faydalı olardı. Hər kəs əmin olsun ki, azad bazar olarsa, Tarif Şurasının mövcudluğuna da ehtiyac qalmaz… Reallıqlar bundan ibarətdir".