AMEA iki gün əvvəl yaranan şirkəti 40 minlik tenderin qalibi etdi — FOTO

SOSİAL 16 okt 2021, 21:04
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Asrofizika Rəsədxanası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi "Morgan-Az2021” MMC (VÖEN- 1904850541) olub.

Demokrat.az xəbər verir ki, "Morgan-Az2021” MMC AMEA-ya ümumi dəyəri 40 min manat olan maşın və avadanlıqlar satacaq.

Məlumat üçün bildirək ki, AMEA tender müsabiqəsini bu ilin sentyabr ayının 3-də elan edib.

Maraqlıdır ki, tenderin qalibi olan "Morgan-Az2021” MMC tender elanından cəmi 2 gün əvvəl – 31.08.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.

"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində podratçıların ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. 

Cəmi 2 gün əvvəl yaranan, bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Onu da bildirək ki, nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanı “Bakı şəhəri, Suraxanı rayonu, AB Yaşayış sahəsi (Yeni Günəşli qəs.), ev 153, m. 40”-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Mövlud Tərxan oğludur.

Tender müsabiqəsilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, iyul ayında “Morgan-Az2021” MMC-nin qeydiyyatda olduğu Yeni Günəşli qəsəbəsində bənzər adlar altında onlarla MMC dövlət qeydiyyatına alınıb.


Yeniavaz.com

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top