Xocalı qatili Ohanyan: "İranın təlimləri Ermənistan üçün ciddi dəstək idi"

REGİON 16 okt 2021, 11:37
“İranın keçirdiyi hərbi təlimlər Zəngəzurdan keçən dəhlizlər və yollar məsələsində təzyiqlərin göstərilməsini istisna etməklə bağlı Ermənistan üçün ciddi dəstək idi”.

Bu sözləri Ermənistanın keçmiş Müdafiə naziri, Ermənistan parlamentinin “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.

Ohanyan qeyd edib ki, lazım gələrsə, İranla Ermənistan arasında strateji sahədə əməkdaşlığı dərinləşdirmək, yeni müqavilələr imzalamaq lazımdır.

“Hələlik ilkin şərtlər yoxdur ki, İranla Azərbaycan arasında hərbi toqquşmanın böyük mümkünlüyü barədə danışmaq mümkün olsun. Bu halda geosiyasi xarakterli hadisələrin inkişafı zamanı güc mərkəzlərinin maraqları da toqquşur. Mənə elə gəlir ki, bu güc mərkəzləri bənzər toqquşmaya icazə verməyəcək”, - deyə Ohanyan bildirib.(ordu.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top