Qarabağda atışma: “Rusiya sülhməramlıları öz funksiyalarını yerinə yetirə bilmirsə...”

QARABAĞ 15 okt 2021, 15:20
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki erməni terrorçulara məxsus dron (kvadrakopter) Füzuli istiqamətində ələ keçirilib.

Bu, son iki gündə erməni terrorçularının ikinci təxribatıdır. Belə ki, oktyabrın 13-də mülki avtomobil karvanına atəş açdılar, bir gün sonra dronla kəşfiyyat uçuşu həyata keçirdilər.

“Ümumiyyətlə, son günlərdə Qarabağ ərazisində yerləşən separatçı qurumun hələ də həmin ərazilərdən çıxarılmayan silahlıları tərəfindən törədilən təxribatlarının sayı ciddi şəkildə artıb. Bütün bu hadisələrə görə məsuliyyət tamamilə sülhməramlı kontingentin üzərinə düşür.

Bunu Bakıvaxtı.az-a hərbi ekspert Ədalət Verdiyev bildirib.

Ekspert qeyd edib ki, keçən dəfə mülki avtomobil karvanına atəş açılmasına da nə Rusiya sülhməramlı kontingenti, nə də Rusiya Müdafiə Nazirliyi hələ də açıqlama verməyib: “Bu atəşi açan şəxslər də Azərbaycan tərəfinə təhvil verilmir. Belə bir cəzasızlıq mühitində erməni silahlıları daha da azğınlaşır, daha da cəsarətlənir. Bu dəfə isə artıq onlar Füzuli istiqamətində kvadrokopter qaldıraraq qoşunlarımız haqqında kəşfiyyat məlumatları əldə etməyə cəhd edirlər. Hesab edirəm ki, bu məsələlər çox ciddi şəkildə araşdırılmalı, həmin dronun buraxıldığı və idarə olunduğu məntəqə tamamilə məhv edilməli və Rusiya sülhməramlılarına da çox ciddi bir şəkildə etiraz bildirilməlidir. Əgər onlar öz funksiyalarını yerinə yetirə bilmirlərsə, o zaman çəkilsinlər kənara, Azərbaycan öz ərazilərini öz güc strukturlarının köməyi ilə bir həftə ərzində tamamilə bu separatçı rejimin silahlılarından təmizləyə bilər”.

Ə.Verdiyev bildirib ki, böyük ehtimalla separatçılara məxsus puanın ələ keçirilməsində Türkiyənin “Aselsan” şirkətinə məxsus olan vasitələr mühüm rol oynayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top