Türkiyədə koronavirusla bağlı son vəziyyət

REGİON 15 okt 2021, 00:11
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 203 nəfər ölüb.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 362 217 nəfər test edilib, onların 30 709-nun koronavirus testi pozitiv nəticə verib, 26 461 nəfər sağalıb.

Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil 113 418 257 peyvənd tətbiq edilib ki, bunun da 88,18 faizi birinci, 75,60 faizi isə ikinci mərhələ vaksinasiya olunanlardır.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top