"Bu il keçirilən ağacəkmə kampaniyasında MEDİA Agentliyi də bizi dəstəklədi, bizə qoşuldu"

SOSİAL MEDİA 14 okt 2021, 17:30
Vətənimizin abadlığı könlümüzdən başlayır...

Mən hər dəfə  evdən çıxıb Dənizkənarı bulvarın üstü tərəfi ilə  yol gedərkən dönüb gördüklərimdən könlüm abadlaşır, sevinir. 

Dəniz ətrafı, dəniz kənarı, Bakının uzaqlarında gördüyüm mənzərə məni sözün əsil mənasında ruhlandırır. Sevinirəm. Gözlərim sevinir, könlüm sevinir.  Sevinirəm ki, belə gözəl mənzərəli  paytaxtım var! Gah Xəzərin narın ləpələrinin Günəş şüaları altında bərq vurduğunu görmək, gah göydəki buludların  Xəzərin üstündəki əksini görmək, gecələr  ləpələnən dənizdə  Ayın, ulduzun yolun tutmaq bir başqa aləm , bir başqa sehrdir.  Şəxsən mənə bu gözəlliyi bəxş etdiyi üçün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə minnətdaram.  Çünki  cənab prezidentin mənə bağışladığı Jurnalist binalarındakı mənzildə yaşadığıma görə, bu yolu gedib-gəlməkdir qismətim.

Xalq olmasa, dövlət olmaz!  Dövlətini sevən xalqını sevir! Əbəs yerə deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  hər dəfə çıxışlarında  məmurları, hakimiyyət rəsmilərini xalqın yanında olmağa çağırır. Özü bunu edir, özü xalqın içrəsindədir. Demək prezidentə hörmət edən siyasi və rəsmi mənsubiyyəti olan hər bir Azərbaycan vətəndaşı da xalqa xidmət etməyi özünə şərəf bilməlidir.

Bəli, bizə verilən binanın həyətində infrastruktur yox dərəcəsindədir. Binaya  köçdüyümüz ilk aylardan sonra Ekologiya və Təbii Sərvətlər naziri  Muxtar Babayevə  bizim məhəllədə ağac əkilməsi üçün yardımçı olmasını istədim.  2 dəqiqə keçməmiş,  Mətbuat Xidmətinin katibi İradə xanım Zeynalova zəng vurub, məsələni diqqətə saxladıqlarını  bildirdi. Bu minvalla 2017-ci ildən sonra məhəlləmizdə 3 dəfə ağacəkmə kampaniyasını təşkil edə bildim. Bu il keçirilən ağacəkmə kampaniyasında isə MEDİA  Agentliyi də bizi dəstəklədi, bizə qoşuldu. Ümumiyyətlə MEDİA Agentliyi yarandığı gündən məhəlləmizdəki infrastruktur  çətinlikləri yoluna qoyulmağa başlayıb.

Bunları niyə edirəm?! İstəyirəm ki, yaşadığımız yer abad olsun!  

Bu yaxınlarda məhəlləmizin mühafizə xidmətinin daha yaxşı təşkil olunması,  həyətin qorunması üçün  Azərbaycan Respublikasının Daxii İşlər naziri,  general-polkovnik Vilayət Eyvazova  kiçik bir məktub yazıb, məhəlləmizə  mühafizə  köşkü qoyulmasını  və  məhəllədəki ağaclarımız qurumasın deyə,  keyfiyyətli torpaq gətirilməsi üçün yardımçı olmasını xahiş etdim.  

Bir gündən sonra Daxili İşlər Nazirliyindən idarə rəisləri zəng vurub, cənab nazirdən bizim həyətimizlə bağlı tapşırıq aldıqlarını dedilər. 1 gün sonra isə artıq məhəlləmizə yeni mühafizə köşkü qoyuldu. Ətrafı təmizləndi, təmir edildi.  Və bir də ki, Şamaxıdan  bir neçə maşın torpaq gətirilib, həyətimizə səpildi.  Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev isə öz əməkdaşlarına həmin  torpağın töklüdüyü yerdə  yeni ağaclar əkilməsi tapşırığını  verdi. 

İndi pəncərəmdən baxanda özümü  yenə xoşbəxt hiss edirəm. Gözüm gözəlliyiə açılır.

Bu yazını açıq yazmaya da bilərdim. Ona görə aşkar etdim ki, qoy vətəndaşlarımız bilsinlər ki, cənab prezidentin  etimadını doğruldan, xalqı sevən xalqın yanında olan hakimiyyət nümayəndələri var.  Belə olarsa, bu dövləti  qorumaq  ASAN olacaq.   Cənab prezidenti səlahiyyət verdiyi, onun  imzası ilə vəzifəyə gələn hər kəs xalqın sözünü eşitsə, xalqın məktublarını oxusa, insanların  şikayətləri təmin olunsa, məhkəmələrdə  ədalət tərəzisi əyilməsə, icra hakimiyyəti əməkdaşları  korrupsiyaya bulaşmasa,  o zaman insanlar heç vaxt  Prezident Admnistrasiyasına  üz tutmazlar!  Xalqın yanında olan adını çəkdiyim  hörmətli Vilayət Eyvazov, Muxtar Babayev  kimi hakimiyyət rəsmilər cənab prezidentin işinin daha qlobal məsələlər olduğunu bildiklərindəndir ki, vətəndaşların məktubunu oxuyurlar! Unutmayın ki, vətənin abadlığı abad və saf könlüdən başlayır. 

Bir səma şəkili ola bilər
Bir səma şəkili ola bilər

Aida Eyvazlı Göytürk
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top