Moskvada Şeyxin Kirillə görüşü keçirilib — FOTO

GÜNDƏM 12 okt 2021, 20:07
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə azərbaycanlı rəssam Səttar Bəhlulzadənin "Dağlar və bağlar" rəsmini Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə hədiyyə edib.

 Görüş Danilovski Manastırında baş tutub. Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.
 
Tədbir pandemiyaya görə mətbuat nümayəndələrinin iştirakı olmadan baş tutub.
 
Xatırladaq ki, sabah Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü planlaşıdırılır.




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top