"Serjikə Azərbaycanda da cinayət işi açılmalıdır" — Əslən İrəvandan olan tanınmış professor

GÜNDƏM 12 okt 2021, 15:22
“Düşünürəm ki, Serjik Sarkisyana bizdə də cinayət işi açılmalıdır. Çünki o, həm də Qarabağda anadan olub, Azərbaycan vətəndaşıdır. Beynəlxalq aləm də onu çox yaxşı tanıyır. Hətta bizim vətəndaşlarımıza qarşı etdiyi hərəkətlərə görə yüksək kürsülərdə özünün qəddarlığıyla öyünür”
 
Bunu Moderator.az-a açıqlamasında şair, professor Paşa Qəlibunur deyib. P.Qəlibunur azərbaycanlılara qarşı törədilən bir çox cinayətlərdə Sarkisyanın əlinin olduğunu bildirib: 



“Bu yaramazın Xocalı faciəsində də böyük rolu olub. Onun qumar oynayaraq dövlətin külli-miqdarda pulunu talan etməsini indi bilirəm. Buna görə mütləq Sarkisyan cəzasını almalıdır, hətta vətəndaşları da onu tanımalı və bilməlidir ki, o, hansı yuvanın quşudur. Ən yaxın gələcəkdə o, bizim əlimizə keçəcək və etdiklərinə görə cavab verməli olacaq. Bununla yanaşı, Qarabağ torpağında həlak olan erməni əsgərlərinin anaları bunun hesabını Sarkisyandan sormalıdır. Çünki 28 ildir ki, o torpaqları işğalda saxlayan məhz Qarabağ klanı idi”.
 
Qeyd edək ki, Ermənistanın eks-prezidenti Serjik Sarkisyana qarşı yeni cinayət işi açılıb. Ermənistan KİV-nə istinadən xəbər verir ki, Xüsusi İstintaq Xidməti 2008-2018-ci illərdə Sarkisyanın prezident təyyarəsində lüzumsuz olaraq dəfələrlə Almaniyanın Baden-Baden şəhərinə səfər etdiyi müəyyən olunub. Faktla bağlı cinayət məcəlləsinin 308.2 maddəsi ilə iş açılıb. Xatırladaq ki, ölkə müxalifəti Serjik Sarkisyanın Baden-Badendə qumar oyunları zamanı 100 milyon dollardan artıq vəsait uduzduğunu iddia edir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top