AFFA Aslan İsmayılovdan 10 min manat tələb edir

GÜNDƏM 12 okt 2021, 15:16
AFFA Aslan İsmayılovdan 10 min manat tələb edir.

Səbəb İsmayılovun bir müddət öncə bu qurumu korrupsiyada, maliyyə məsələlərində şəffaf olmamaqda suçlamasıdır

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) hüquqşünas Aslan İsmayılovu məhkəməyə verib.

Səbəb İsmayılovun bir müddət öncə bu qurumu korrupsiyada, maliyyə məsələlərində şəffaf olmamaqda suçlamasıdır.

Hüquqşünas sosial media hesabından paylaşımında yazıb ki, işlədilən fəhlələrə veriləsi əməkhaqqı indiyədək ödənilməyib.

Oktyabrın 11-də Səbail Rayon Məhkəməsində AFFA-nın iddiasına baxılıb və icraata götürülüb, baxılmasına qərar verilib.

Assosiasiya rəhbərliyi İsmayılovun yazdıqlarının böhtan olduğunu bildirir və buna görə hüquqşünasın üzr istəməsini, üstəlik, 10 min manat da təzminat ödənilməsini tələb edir. İddia ərizəsində İsmayılovdan tələb olunan vəsaitin "Yaşat" fonduna köçürülməsi istənilib.

Məhkəmə baxışı noyabrın 10-na təyin edilib.AFFA Aslan İsmayılovdan 10 min manat tələb edir.(Azadlıq Radiosu)

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top