Ərdoğanla Bayden Qarabağ məsələsini müzakirə edəcək

QARABAĞ 12 okt 2021, 09:35
“ABŞ-la geniş əlaqələrimiz var”.

Demokrat.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Milliyet” qəzetinə müsahibəsində bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin “G-20” liderlərinin oktyabrın 30-31-də Romada keçiriləcək Zirvə toplantısı çərçivəsində baş tutacaq görüşündə hansı məsələlərin müzakirə olunacağı ilə bağlı sualı cavablandıran sözçü deyib:

“ABŞ-la siyasi, iqtisadi, energetika, təhlükəsizlik, terrora qarşı mübarizə, ticarət, müdafiə sənayesi, Əfqanıstan, Suriya, İraq, Qarabağ, Qafqaz, Liviya, Şəqri Aralıq dənizi və başqa bölgələr, qlobal məsələlərlə bağlı əlaqələrimiz var. Liderlər gündəliyin əsas məsələləri olaraq bunları müzakirə edəcəklər”.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top