Möhsün Nağısoyluya yeni vəzifə verildi

GÜNDƏM 09 okt 2021, 11:45
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun sabiq direktoru, akademik Möhsün Nağısoyluya yeni vəzifə verilib.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, M.Nağısoylu AMEA prezidentinin humanitar sahə üzrə müşaviri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, 75 yaşlı M.Nağısoylu oktyabrın 1-də Dilçilik İnstitutunun direktoru vəzifəsindən azad olunub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top