Saakaşvilinin sabiq həyat yoldaşı: “Mixeilin bu videosu mənim üçün gözlənilməz oldu”

REGİON 06 okt 2021, 14:40
Gürcüstanın sabiq birinci xanımı Sandra Rulofs həyat yoldaşı Mixeil Saakaşvilinin yenidən ailə qurmasına münasibətini açıqlayıb.

Demokrat.az xəbər verir ki, S.Rulofs şəxsi həyatında baş verənlərdən sarsılan dostlarının açıqlama üçün ona müraciət etdiyini yazıb: “Gizlətməyəcəyəm: Yayılan video mənim üçün gözlənilməz oldu. Belə formada elan olunması qəbuledilməzdir”-deyə o vurğulayıb.

S.Rulofs əlavə edib ki, o, Mixail Saakaşvilini siyasi məhbus hesab edir və azad olunmasını istəyir.

“Şəxsi emosiyalarıma baxmayaraq mən sakitliyimi və bu döyüşdən qalib çıxacağımıza olan inamı saxlayıram”.

Xatırladaq ki, oktyabrın 1-də sabiq prezident Saakaşvilinin videomüraciəti yayılıb və orada eks-prezident Ukraynalı deputat, 30 yaşlı Yasko ilə ailə qurduğunu bəyan edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top