Dünya Bankı bu il üçün Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırdı

MALİYYƏ 06 okt 2021, 10:14
Bu ilun yekununda Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dəyəri ötən ilin yekunu ilə müqayisədə 5% çox olacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Dünya Bankının (WB) Avropa və Mərkəzi Asiya ölkələri üçün yenilənmiş hesabatında bildirilir.

Xatırladaq ki, qurum iyunda açıqladığı hesabatda 2021-ci ildə Azərbaycanda 2,2% iqtisadi artım olacağını bəyan etmişdi.

Dünya Bankı 2022-ci ildə Azərbaycan iqtisadiyyatının 3,1%, 2023-cü ildə isə 2,7% böyüyəcəyini proqnozlaşdırır. Bu isə, iyun proqnozu ilə müqayisədə müvafiq olaraq 0,8% və 0,7% azdır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top