Nazirlik: “Atmosfer havasının keyfiyyətinin monitorinqi həyata keçirilib”

SOSİAL 04 okt 2021, 21:33
01-04 oktyabr tarixlərində atmosfer havasının keyfiyyətinin monitorinqi Bakı şəhərinin Xətai, Nizami, Səbail, N.Nərimanov  inzibati rayonları ərazisində, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avtomatik stansiyalardan şəhərlər üzrə əldə etdiyimiz məlumatlara əsasən dispers toz hissəciklərinin qatılıqları sanitar norma daxilində qeydə alınıb.

Bakı şəhərində qaz qarışıqlarından dəm qazı  1.5 dəfə, azot 4-oksid 1.4 dəfə, Gəncə şəhərində dəm qazı və kükürd qazı 1.3 dəfə, Sumqayıt şəhərində isə hidrogen sulfid 1.5 dəfə  normadan  çox olduğu müəyyən edilib.

Təyin edilən digər hava keyfiyyəti göstəriciləri norma daxilinində olub.

Bakı şəhərində fəaliyyət göstərən avtomatik monitorinq stansiyalarının və eləcə də, günün müxtəlif saatlarında keçirilən monitorinqlərin nəticələri atmosfer havasının çirklənmə səviyyəsinin ötən illərlə  müqayisədə yetərincə azaldığını göstərir. Belə ki, tozla bağlı transsərhəd çirklənmənin olmaması səbəbindən dispers tozun miqdarı norma həddindən aşağı qeydə alınıb. 01-04 oktyabr tarixlərində şimal-şərq küləklərinin üstünlüyü çirkləndirici  qaz qarışıqlarının intensiv səpələnməsinə şərait yaradıb və havanın keyfiyyəti qənaətbəxş olub.

07 oktyabr tarixinədək yağıntılı hava şəraitinin və əlverişli küləklərin proqnozlaşdırıldığını nəzərə alsaq yaxın günlərdə də hava keyfiyyətinin yaxşı statusa malik olacağı gözlənilir.
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top