Məşhur iş adamı vəfat etdi

DÜNYA 03 okt 2021, 14:08
Məşhur fransız iş adamı, siyasətçi və ictimai xadim Bernard Tapi 78 yaşında vəfat edib.

Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, 2017 -ci ildən bəri Tapi mədə xərçəngi ilə mübarizə aparırdı. Son aylarda səhhəti pisləşmişdi.

Bernard Tapi Avropa Parlamentinin keçmiş deputatı olub. 1992-1993 -cü illərdə Marselin işlər naziri vəzifəsində çalışıb.
B.Tapi 1986-1994 -cü illərdə dörd dəfə Fransa çempionu olan və 1993 -cü ildə Çempionlar Liqasını qazanan “Marsel” futbol klubunun prezidenti vəzifəsində də çalışıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top