ABŞ “Pfizer” vaksininin saxlanma müddətini uzadıb

DÜNYA 02 okt 2021, 08:43
ABŞ-ın Qida məhsulları və dərmanların keyfiyyətinə Sanitar Nəzarət İdarəsi (FDA) koronavirus əleyhinə “Pfizer” vaksininin saxlanma müddətini yeniləyərək daha üç ay uzadıb.

Yenilənmiş qaydalara əsasən, 2021-ci ilin mayında istehsal olunan “Pfizer-BioNTech” COVID-19 vaksininin yararlılıq müddəti daha üç ay, 2022-ci il fevralınadək uzadılıb. Əvvəl bu müddət altı aya bərabər idi.

Beləliklə, “Pfizer” vaksininin yeni təsdiq olunmuş saxlanma müddəti doqquz ay təşkil edir.

Qeyd edək ki, Azərbaycanda koronavirusa qarşı “Sinovac”, “Pfizer” və “Sputnik V” vaksinlərindən istifadə olunur.

“Pfizer” vaksini ölkədə iyunun 7-də dövriyyəyə daxil olub. Bu vaksinlə peyvəndlənən vətəndaşlar Avropa İttifaqı ərazisində sərbəst hərəkət edə bilər.

“Pfizer” Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2020-ci il dekabrın 31-də təsdiqlənmiş ilk vaksin olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top