Qulu Məhərrəmli “Vətən müharibəsi - qələbənin simaları” adlı fotomüsabiqənin keçirilməsindən danışdı

SOSİAL 01 okt 2021, 17:01
"İkinci Qarabağ savaşının, müharibənin gedişinin işıqlandırılmasında, o cümlədən cəbhəyanı bölgələrdəki proseslərin ictimaiyyətə çatdırılmasında fotoqraflar da böyük fədakarlıq göstəriblər. Çünki hazırkı dövrdə insanlar yazıdan daha çox görüntülərə baxmağa, hadisələri fotolar üzərindən dəyərləndirməyə meyillidir”.

Bu fikirləri Demokrat..az-a açıqlamasında əməkdar jurnalist, proffessor Qulu Məhərrəmli Heydər Əliyev Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Medianın İnkişafı Agentliyi (MEDİA), Media Təhlil Mərkəzi (MTM) və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) təşkilatçılığı ilə “Vətən müharibəsi - qələbənin simaları” adlı fotomüsabiqənin keçirilməsi barədə danışarkən bildirib.

O qeyd edib ki, müharibədə böyük iş görən fotoqrafların əməyinin yenidən işıqlandırılması və dəyərləndirilməsi vacib idi: “Danışan şəkillər informasiyanı, yaşanılan situasiyanı, düşüncələri çox yaxşı ifadə edir. Bu baxımdan, bizim fotoqrafların Gəncədən, Tərtərdən, Bərdədən, həmçinin hərbçilərimizin həyatı ilə bağlı çəkdikləri fotoları yüksək qiymətləndirirəm. Düşünürəm ki, onların əməyinə layiqli qiymət, dəyər verilməlidir. Onlar da informasiya müharibəsində iştirak edən, məlumatı birbaşa insanlara çatdıran şəxslərdir. Fotoqrafların da işində müəyyən çətinliklər var, xüsusilə müharibə zamanı doğru mövqenin seçilməsi, fotoreportajların təşkil edilməsi xüsusi bacarıq tələb edir. Bu baxımdan, onların əməyini yüksək qiymətləndirir və müharibə dövründə gördükləri iş üçün onlara təşəkkür edirəm”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top