Azərbaycan 24 ermənini beynəlxalq axtarışa verib

SOSİAL 01 okt 2021, 11:23
Vətən müharibəsi dövründə azərbaycanlılara qarşı törədilən cinayətlərlə bağlı 24 nəfər erməni beynəlxalq axtarışa verilib.

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
 
O bildirib ki, hadisələrlə bağlı ümumilikdə 76 cinayət işi başlanılıb:
 
“Onlardan 39-u mülki əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlıdır. Bildiyiniz kimi, mülki əhaliyə qarşı törədilmiş cinayətlər daha çoxdur. Bu istiqamətdə işlərimiz davam etdirilir”. 
 
“Birinci Qarabağ müharibəsi və eləcə də atəşkəs dövründə hərbçilərimizə qarşı törədilmiş cinayətlərlə bağlı 300-ə yaxın şəxs axtarışa verilib”, - deyə K.Əliyev qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top