Bu gündən taksi sürücülərindən "COVID-19" pasportu tələb olunacaq

SOSİAL 01 okt 2021, 00:12
Bu gündən - oktyabrın 1-dən sərnişindaşıma və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülərdən ikinci doza peyvənd olunmaları və ya "COVID-19"-a qarşı immunitet sertifikatının olması tələb ediləcək.

Demokrat.az-ın məlumatına görə, işçilərinin "COVID-19"-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələri dairəsinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir.

Bu, Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli qərarına əlavədə əks olunub.

Eyni zamanda bu gündən etibarən ölkə ərazisində fəaliyyət göstərən, COVID-19 pasportu olmayan bütün sərnişindaşıma və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reydlər keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top