Milli Məclis Vətən müharibəsinin ildönümü ilə bağlı bəyanat qəbul etdi


DAXİLİ SİYASƏT 30 sen 2021, 12:55
Parlamentin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında "Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Milli Məclisin Bəyanatı" müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, bəyanatı deputat Nizami Səfərov təqdim edib.

Bəyanatda deyilir: “Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisinin pozulmasına son qoyulmasından, Vətən müharibəsinin başlamasından bir il keçir. Məlum olduğu kimi, Ermənistanın əsassız iddiaları və təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsinə gətirib çıxarmışdı. Azərbaycanlılara qarşı dəhşətli cinayətlər həyata keçirilib, Xocalı və digər soyqırımı aktları törədilib, 877 şəhər, kənd və qəsəbə dağıdılıb, yandırılıb. İşğal edilmiş ərazilərdə Azərbaycanın mədəni irsi məhv edilib və ya dağıdılıb”.

"2020-ci ilin sentyabrın 27-də Ermənistanın növbəti təxribatından sonra Azərbaycan əks-hücum əməliyyatına başlayıb. Azərbaycan Silahlı Qüvvələri ilk gündən düşməni ağır məğlubiyyətə uğradıb. Ermənistan beynəlxalq konvensiyalara əməl etməyərək dinc yaşayış məntəqələrini və mülki əhalini atəşə tutub. Azərbaycan ərazisində fərdi evlər və mülki infrastruktur dağıdılıb. Ancaq buna baxmayaraq, Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşib. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla münaqişəyə son qoyuldu. Azərbaycan öz ərazisi bütövlüyünün bərpasına nail olub. Azərbaycanın həyatında yeni dövr - quruculuq, bərpa işləri başlanılıb", - sənəddə bildirilir.
 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top