Teymur Musayev şəhid ailələri üzvlərinin müalicəsi ilə bağlı tapşırıq verdi

SOSİAL 28 sen 2021, 17:28
“Sanator Kurort Reabilitasiya Mərkəzində şəhid ailələrinin reabilitasiya, müalicə və istirahəti təşkil ediləcək”.

“Report” xəbər verir ki, bunu mərkəzin baş direktoru Mürsəl Mürsəlov deyib.

O qeyd edib ki, bununla bağlı səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev tapşırıq verib:

“Bununla bağlı təkliflər layihəsi hazırlayaraq Səhiyyə Nazirliyinə göndərmişik. Hesab edirəm ki, tez bir zamanda təkliflərimiz qəbul ediləcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top