Məktəbin təmiri niyə bir fəhlənin öhdəsində qalıb? — VİDEO

SOSİAL 24 sen 2021, 15:00
Mehdiabad qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəb yay tətilindən təmirə bağlansa da, sonradan işlər dayandırılıb. Bir ay əvvəl yenidən Təhsil Nazirliyi tərəfindən təmirə başlanılsa da, binada heç kimi görmək mümkün deyil.

Sentyabrın 22-dən dərslərin başlamasına baxmayaraq, məktəbin təmir işləri cəmi bir fəhlənin öhdəsində qalıb.

Təmirə bağlanan məktəbin ibtidai sinif şagirdləri 1 saylı tam orta məktəbə yerləşdirilib. Məktəbdən isə bildirilib ki, həmin şagirdləri sentyabrın 29-na qədər qəbul edə biləcəklər. Çünki artıq böyük siniflər dərslərə başlayacaq.

İş icraçısını tapa bilməsək də, təmir işlərinin sentyabrın 29-na kimi bitəcəyi deyildi.
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top