Əkrəm Həsənov: “Devalvasiya nə bu il, nə də növbəti ilin əvvəlində ola bilər”


MALİYYƏ 23 sen 2021, 17:23
"Yaxın aylarda Azərbaycanda devalvasiya gözlənilmir, çünki makroiqtisadi göstəricilər, neftin qiyməti kifayət qədər məqbuldur. Yəni, manatın ucuzlaşması üçün heç bir şərait yoxdur".

Bunu iqtisadçı ekspert Əkrəm Həsənov deyib.

Ekspertin sözlərinə görə, Mərkəzi Bank bu yaxınlarda uçot dərəcəsini yenidən artırmaqla sübut etdi ki, ölkədə sərt pul siyasəti həyata keçiriləcək: "İnflyasiya və devalvasiya ilə mübarizə aparılacaq. Mərkəzi Bank onsuz da dövriyyədə çox pul həcmi saxlamayıb. Yəni, ona görə də devalvasiya nə bu il, nə də növbəti ilin əvvəlində ola bilər. Lakin dünyada xüsusi dəyişiklik olarsa, bəlkə də mümkündür".

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top