Azərbaycanda iki bank İnvestisiya Holdinqinin idarəetməsinə verildi


MALİYYƏ 22 sen 2021, 16:15
Prezident İlham Əliyev “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Bundan başqa, dövlət başçısı “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi, Azərbaycan Respublikası Prezidentinin “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” 2009-cu il 7 avqust tarixli 144 nömrəli və “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2009-cu il 9 fevral tarixli 48 nömrəli fərmanlarında dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb. 

Fərmana əsasən, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. 

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top