İran Ermənistana gizli hərbi yardım TƏKLİF EDİB : Türk "Bayraktar"larına qarşı...

GÜNDƏM 20 sen 2021, 19:24
İranın Ermənistana 44 günlük müharibə zamanı hərbi sahədə əməkdaşlığı barədə yeni-yeni faktlar ortaya çıxır.

Bu dəfə iddia edilir ki, İran hakimiyyət orqanları Ermənistana Türkiyə "Bayraktar"larını "vurmağa" yardım təklif edib. 

Avropa.info xəbər verir ki, bu barədə "Ay Data" erməni təşkilatının Tehran ofisinin rəhbəri İssak Yunanesyan məlumat yayıb. O iddia edib ki,
Ermənistan tərəfi İranın bu təklifini ciddi qəbul etməyib. 

Hərbi ekspertlər isə İranın dünyanın ən müasir PUA-larından olan və Azərbaycan tərəfindən İkinci Qarabağ savaşında aktiv istifadə edilən "Bayraktar TB2"-lərə qarşı mübarizə sistemlərinin olmadığını bildirirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top