Üzeyir Hacıbəylinin qiymətli əşyalarını qoruyan şəxs nələr danışdı? — VİDEO

İNCƏSƏNƏT 18 sen 2021, 14:08
Bu gün Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin anadan olmasından 136 il ötür. 

Dahi bəstəkarın misilsiz, zəngin irsi ilə bərabər istifadə etdiyi əşyalar da qorunub saxlanılır, gözəl xatirələri yaddaşlarda yaşayır. 

Üzeyir bəyin bir vaxtlar yaxın dostu olan, dövrünün görkəmli ziyalılarından Mirzə Vəli İsmayılova hədiyyə etdiyi eynəyi, saatı və tarı İsmayılovlar ailəsi tərəfindən ən qiymətli xatirə kimi bu günədək qorunub saxlanılır.

Dahi bəstəkarın əşyalarını qoruyan Aqil İsmayılov deyir ki, bu gün Üzeyir Hacıbəylinin ruhu şaddır. Çünki onun qurub-yaratdığı musiqimizin beşiyi olan doğma Şuşa şəhəri 28 ildən sonra işğaldan azad edilib. Bu gün üçrəngli Azərbaycan bayrağı doğma torpaqlarımızda, şəhər və kəndlərimizdə dalğalanır. 

Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən dahi bəstəkar Üzeyir Hacıbəyli Azərbaycan himninin müəllifi, Şərqdə ilk musiqili teatrın və ilk konservatoriyanın yaradıcısı kimi xalqımızın tarixində və mədəniyyətində dərin iz qoyub. 

Qeyd edək ki, 2009-cu ildən etibarən hər il Üzeyir Hacıbəylinin yaradıcılığına həsr edilən Beynəlxalq Musiqi Festivalı keçirilir. 

Bu il sentyabrın 18-dən 24-dək keçiriləcək ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının ilk konsertlərindən biri dahi bəstəkarın doğma yurdu olan Şuşada keçiriləcək.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top