Təyyar Eyvazov: "Hazırda ölkədə epidemioloji vəziyyət müsbətə doğru gedir"

GÜNDƏM 15 sen 2021, 15:39
“Hazırda ölkədə epidemioloji vəziyyət müsbətə doğru gedir. Yoluxma sayında azalma müşahidə olunur”.

Demokrat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.

O bildirib ki, sağalan insanların sayı yeni yoluxanları üstələyib: “Bu, xəstəxana yükünün azlamasında özünü göstərir. Bunlar müsbət dinamikadan xəbər verir. Yoluxmaların daha çoxu Bakı şəhərində olur”.

“Əksər xəstəliklərin kəskin alovlanma dövründə peyvənd vurdurula bilməz. Xəstəlik idarəolunan səviyyəyə düşəndə vaksin vurula bilər. Təbii ki, insanlar həkimə müraciət edərək xəstəliyin hansı dövrdə olduğunu öyrənə bilərlər. Həkim məsləhətindən sonra peyvənd vurdurmaq olar”, - o bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top