Ramin Bayramlı vəzifəsindən azad edildi — TƏBİB-ə kim rəhbərlik edir?

GÜNDƏM 13 sen 2021, 12:17
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Demokrat.az-a xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumat yayıb.

Bildirilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verilib. O hazırda Agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifələrini icra edir.

Qeyd edək ki, TƏBİB-in əsas vəzifəsi tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğun formalaşdırmaq, tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etmək və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdir.

TƏBİB sədrinin səlahiyyətlərini icra edən şəxs məlum olub

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top