Dövlət Komitəsinin Aparat rəhbəri koronavirusdan vəfat etdi

SOSİAL 13 sen 2021, 11:58
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov vəfat edib.

Demokrat.az xəbər verir ki, o, 66 yaşında koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, A.Süleymanov 1955-ci ilin sentyabrın 22-də Zəngilan rayonunda anadan olub.

O, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib və universitetin aspiranturasında təhsil alıb.

2014-2015-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Ümumi şöbənin müdiri vəzifəsində çalışıb.

2015-ci ilin iyul ayından Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Aparat rəhbəri idi.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top