Əməkdar məşqçi koronavirusdan dünyasını dəyişdi

İDMAN 11 sen 2021, 19:59
Azərbaycanın atletika üzrə əməkdar məşqçisi, Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Bəxtiyar Əsədov dünyasını dəyişib.

Bu barədə "Report"a Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov məlumat verib.

Onun sözlərinə görə, 53 yaşlı mütəxəssis koronavirusun qurbanı olub.

Qeyd edək ki, Gəncə şəhərində atletikanın inkişafında çox böyük əməyi olmuş Əsədov 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin müəllimi idi.

Bəxtiyar Əsədov

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top