Ermənistanda avtomobillərdən Rusiya dövlət nömrə nişanları oğurlanır

REGİON 11 sen 2021, 18:54
Ermənistanda avtomobillərin dövlət nömrə nişanlarının oğurlanması halları davam edir.

“Report” xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, bu dəfə oğurlanan Rusiya Federasiyasına məxsus dövlət nömrə nişanlarıdır: “Respublikamızda səhər yuxudan duranda avtomobilinizin dövlət nömrə nişanının olmadığını görərsiniz. Bu dəfə oğurlanan erməni “qızıl nömrələri” deyil, Rusiya dövlət nömrə nişanlarıdır. Rusiya dövlət nömrə nişanlı avtomobilləri idarə edənlər respublikamızda “imtiyazlı” sayılırlar. Çünki Rusiya nömrə nişanlı avtomobillərin sürücüləri kameralar və radarlar vasitəsilə qeydə alınan pozuntulara görə pul ödəmirlər".

Qəzetin yazdığına görə, Rusiyaya məxsus nömrə nişanı oğurlanırsa, sürücü onu yeni rus nömrəsi ilə əvəz edə bilməz və ya yenisini ala bilməz: "Çünki bu, zəhmətli və bahalı bir prosesdir".

Daha sonra qəzet Rusiya nömrəli avtomobillərin sürücülərinə müraciət edərək yazıb ki, axşam evə qayıdanda nömrələri avtomobillərindən çıxarıb evə aparsınlar.

"Bundan əlavə, nömrə nişanları ilə bağlı daha bir problem Rusiyada mövcuddur. Federasiya qanunlarına əsasən, xarici vətəndaşlar öz ölkələrinin dövlət nömrə nişanı olan avtomobilləri ilə gedəndə bir neçə yol hərəkəti qaydası pozarlarsa, o zaman Rusiya hakimiyyəti həmin şəxsi “qara siyahı”ya salır. Ermənistan vətəndaşlarının çoxu Rusiyada sürücülüklə məşğul olurlar. Artıq onların çoxu da problemin həllini tapıblar. Həmin adamlar Ermənistana gəlir, ad və soyadlarını dəyişir və Rusiyaya qayıdırlar”, - qəzet yazır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top