Azərbaycan-Türkiyə sualtı hücum qruplarının təlimində növbəti mərhələ icra olundu — VİDEO

HƏRBİ 10 sen 2021, 12:08
Azərbaycan və Türkiyə Respublikalarının sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqlərində növbəti mərhələnin tapşırıqları icra olunub.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bu mərhələdə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda şərti terrorçu qrup tərəfindən zəbt edilən gəmidə onların zərərsizləşdirilməsi və gəminin azad edilməsi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilib.



Helikopter və katerlərin cəlb olunması ilə keçirilən təlimin növbəti mərhələsində qarşıya qoyulan tapşırıqları iki qardaş ölkənin xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdirərək dəqiq və effektiv icra ediblər.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top